Gürcüstanda baş verən zəlzələ Azərbaycanda hiss olunub
06 sentyabr, 2017 22:30
Zaqataladan 43 km cənubda Gürcüstan ərazisində zəlzələ baş verib.
1news.az Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, 4.1 maqnitudalı zəlzələ 17 km dərinlikdə qeydə alınıb.
Yerli vaxtla saat 21:43-də baş verən zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3-4 bala qədər hiss olunub.
1news.az