Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar keçirdiyi əmliyyatla bağlı yeni məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sentyabrın 4-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə keçirilən əməliyyat zamanı Giləzi qəsəbəsi və Sitalçay kəndləri ərazisində 1 evin həyətyanı sahəsinə, 1 evin hamamına, 2 əkin sahəsinə, 1 otlaq sahəsinə, Bakı-Rostov dəmiryolu xəttinin kənarına, ferma ərazisinə, zeytunçuluq təsərrüfatına və partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.
Keçirilmiş baxışlar zamanı 1 261 ədəd partlamamış hərbi sursat, 327 ədəd partlamış-yanmış mərmi qalıqları və 485 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 628 000 kv.m (62.8 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 9 gün ərzində 12 ev, 40 evin həyətyanı sahəsinə, 7 ferma ərazisinə, 8 əkin sahəsinə, 8 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dunkerlərinə baxış keçirilib.
Keçirilmiş baxışlar zamanı 2 747 ədəd partlamamış hərbi sursat, 2 130 ədəd partlamış-yanmış sursat qalıqları və 2 107 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 10 485 672 kv.m (1 048.57 ha) ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 3 441 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Babək Cahandarov