Xəbərlər

Nazirlik: “Super” markalı benzinin bahalaşmasının hər hansı sahəyə təsirindən danışmaq yersizdir
05 sentyabr, 2017 22:01

“Azərbaycanda “Aİ-98 super” markalı benzinin bahalaşması heç bir sahəyə təsir etməyəcək”.

1news.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev bildirib.

“Sözügedən markalı benzin Azərbaycanda istehsal olunmur və idxala bağlıdır, bu səbəbdən onun qiyməti dövlət tərəfindən tənzimlənmir. Beləliklə, qiymət dəyişikliyinin hər hansı sahəyə təsirindən danışmaq yersizdir. Bəzi xəbər saytlarının bu mövzuda ajiotaj yaratması yolverilməzdir”, - deyə A. Əliyev qeyd edib.

Qurum rəsmisi bildirib ki, “Super” markalı benzindən çox az sayda lüks avtomobillərdə istifadə olunur.

Xatırladaq ki, bu gündən etibarən Azərbaycanda “Aİ-98 super” markalı 1,20 manatdan 1,30 manatadək bahalaşıb.

“Super” markalı benzin yalnız “SOCAR Petroleum” QSC-nin yanacaqdoldurma məntəqələrində satılır.

Adıçəkilən şirkətin mətbuat xidmətindən bildirilib ki, qiymət artımı bu gün səhər 08:00-dan etibarən baş verib. “Bilirsiniz ki, “Super” markalı benzin Azərbaycana idxal olunur və yalnız SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində satılır. Qiymət artımına səbəb mənbədə, yəni Rumıniyada bu markadan olan benzinin bahalaşmasıdır”, - deyə şirkət rəsmisi bildirib.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.