Xəbərlər

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
05 sentyabr, 2017 19:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 20-60, Naxçıvan MR çaylarında isə 110 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, sentyabrın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla ongünlük normanın 49 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 100 m3/s olmaqla ongünlük normanın 82 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 10 m3/s olmaqla, ongünlük normanın 14 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 26 m3/s təşkil edərək ongünlük normanın 36 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, sentyabrın 5-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 16 sm, Salyanda 13 sm, Bankədə 8 sm, Surra məntəqəsində 2 sm, Araz çayının Novruzlu məntəqəsində isə 1 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 320 sm (2016-cı il sentyabrın 5-də 473 sm), Salyanda 117 sm (2016-cı il sentyabrın 5-də 230 sm), Bankədə 177 sm (2016-cı il sentyabrın 5-də 209 sm), Araz çayının Novruzlu məntəqəsində isə 47 sm (2016-cı il sentyabrın 5-də 178 sm) təşkil edir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.