İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu avqustun 31-də Tərtər rayonunda işgüzar forum keçirib.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- intensiv bağçılıq (alma, gilas, xırnik, ərik), üzümçülük və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması;
- kiçik pendir istehsalı müəssisəsinin və 3 ulduzlu otelin yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]
1news.az