Həyətdə çətənə kolu yetişdirən qohumlar ələ keçdi
05 sentyabr, 2017 16:49
Polis əməkdaşları həyətində çətənə kolu yetişdirən şəxsləri saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Şabran RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Pirəbədil kənd sakini Cavad Əlişanovun həyətyanı sahəsindən qohumu Heyrət Əlişanovla birgə kultivasiya yolu ilə yetişdirdikləri 8 ədəd çətənə kolu, 540 qram marixuana və çətənə kolunun kökləri aşkar edilərək götürülüb.
Babək Cahandarov