Bakıda başı, əlləri və ayaqları kəsilmiş meyit tapılıb
05 sentyabr, 2017 15:55
Bakıda bir neçə hissəyə bölünmüş kişi meyitinin tapılması faktı ilə bağlı cinayət işi başlanıb.
1news.az APA-ya istinadla xəbər verir ki, bu gün rayonun Hövsan qəsəbəsi ərazisindən keçən su kanalından başı, əlləri, qolları kəsilmiş kişi meyiti aşkarlanıb.
Dərhal hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu çıxıb. Hadisə yeri müayinə edilməklə müvafiq ekspertizalar təyin edilib və faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Məlumata görə, tapılmış kişi meyiti iki hissəyə bölünmüş vəziyyətdə olub. Onun başı, əlləri və ayaqları hələ tapılmayıb.
Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
1news.az