“Panasonic” firmasının təqdim etdiyi “ağıllı” soyuducu sahibi çağıranda onun yanına gəlir
04 sentyabr, 2017 15:39
Yaponiyanın “Panasonic” şirkəti “ağıllı” soyuducu konseptini təqdim edib.
İnsan səsi ilə verilən komandaları “anlamağı” və istifadəçinin çağırışı üzrə onun yanına gəlməyi bacaran bu yeni qurğu Berlində keçirilən IFA-2017 sərgisində nümayişi etdirilib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, mini-soyuducu içkilərin və qəlyanaltıların saxlanılması üçün nəzərdə tutulub. Bu qurğu daxili məlumat bazası sayəsində orada olan məhsulları təhlil edərək insana tövsiyə verə bilər.
Bundan başqa, soyuducu insan səsi ilə verilən komandaları “anlamağı” və istifadəçinin çağırışı üzrə onun yanına gəlməyi bacarır. Yeni qurğu məkanda səmtləşmə üçün dərinlik tənzimləyiciləri ilə və lazer sensorlarla təchiz olunub.
1news.az