Rusiya ABŞ-a nota verib
02 sentyabr, 2017 18:17
Vaşinqtondakı ticarət nümayəndəliyində axtarış aparılmasına etiraz olaraq Rusiya ABŞ-a nota verib.
1news.az xəbər verir ki, Rusiya XİN etiraz notasını ABŞ-ın Moskvadakı səfirliyinə təqdim edib.
Etiraz notasında ABŞ tərəfindən nümayəndəlikdə planlaşdırılan axtarışlar aqressiv aksiya kimi qiymətləndirilib.
1news.az