Xəbərlər

Qəbələdə meşə yanğınının söndürülməsinə helikopterlər cəlb olunub
01 sentyabr, 2017 12:51

Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ dağlarında baş verən yanğınla bağlı məlumat yayıb.

1news.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, rayonun Abrıx kəndində çətin keçilə bilən yüksək dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri, Mülki Müdafiə Qoşunlarının və Şimal-Qərb Regional Mərkəzinin canlı qüvvəsi hadisə rayonuna çatıb və söndürmə işlərinə başlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yanğın Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Abrıx kəndi ətrafında olan Qum meşəbəyliyinin 2 saylı meşə dolayısında qeydə alınıb. Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsinə isti və küləkli hava şəraiti çətinlik törədir.

İlkin hesablamalara əsasən yanğın nəticəsində 1,5 hektara yaxın ərazidə quru ot və kol örtüyü yanıb.  

Hazırda Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları və texnikasının iştirakı ilə yanğına qarşı mübarizə aparılır. Hadisə yerinə helikopterlər də cəlb olunub və yağnının söndürülməsi istiqamətində işlər görülür.

Babək Cahandarov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.