Bu gün səhər saat 9:00-dan etibarən Qurban Bayramı ilə əlaqədar Bakının bir sıra ərazilərində qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb.
1news.az-ın məlumatına görə, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin birgə təşkil etdiyi yarmarkalar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə keçirilir.
Qeyd edək ki, bu il yarmarkalarda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisələrində (DKTİM MMC-lər) yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq.
Qurbanlıq heyvanların satışı aşağıdakı ünvanlarda təşkil olunacaq:
Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi 26 Keşlə bazarının yanı;
Xətai rayonu
- “Nargilə” kafesinin yanı;
Səbail rayonu
- Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 8 (Parkın yanı)
Yasamal rayonu
- Şərifzadə küçəsi 196 “İdeal2 şadlıq sarayının həyəti;
Babək Cahandarov