Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar keçirdiyi əmliyyatla bağlı yeni məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, avqustun 31-da Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə keçirilən əməliyyat zamanı hərbi hissənin ətrafına, 12 evin həyatyanı sahəsinə, 1 su stansiyasının yaxınlığına, 1 ferma ərazisinə, 2 otlaq sahəsinə və eko-turizmin həyətinə baxış keçirilib.
Keçirilmiş baxışlar zamanı 45 ədəd partlamamış hərbi sursat (PHS), 12 ədəd partlamış-yanmış raketin qalıqları, 108 kq yandırma aşkar olunaraq götürülüb, nəticə etibarilə 547 800 kv.m (54.78 ha) əraziyə yoxlanılıb.
Ümumiyyətlə, 5 gün ərzində 11 ev, 28 evin həyatyanı sahəsinə, 4 ferma ərazisinə, 2 əkin sahəsinə, 4 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, eko-turizmin həyətyanı sahəsinə, yol kənarına baxış keçirilib.
Keçirilmiş baxışlar zamanı 5 408 915 kv. m (540.9 ha) ərazi yoxlanılıb, 295 ədəd partlamamış hərbi sursat, 336 ədəd partlamış-yanmış sursat qalıqları və 457 kq yandırma aşkar olunaraq götürülüb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 2 318 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Babək Cahandarov