Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Qazax rayonunda apardığı təmizləmə əməliyyatları ilə bağlı məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, avqustun 30-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Qazax rayonu Cəfərli kəndi ərazisində partlamamış hərbi sursatın olması barədə məlumatlar daxil olub.
Məlumatın günün sonunda daxil olduğunu nəzərə alaraq Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu avqustun 31-də həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 otlaq sahəsinə baxış keçirilən zaman 1 ədəd 85 mm-lik top mərmisi (BR-365) aşkar edilib, daşınması mümkün olduğuna görə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb, nəticə etibarilə 100 kv.m ərazi yerüstü yoxlanılıb.
Babək Cahandarov