Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 11-ci nömrəsini nəşr edib.
1news.az-ın DİM-ə istinadən verdiyi xəbərə görə, “Abituriyent” jurnalının 11-ci nömrəsində 2017/2018-ci tədris ili üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar Azərbaycan və rus dillərində dərc olunub.
Jurnalı “Abituriyent” satış köşkündən, kitab mağazalarından almaq olar. Abituriyentlər jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
Babək Cahandarov