ABŞ sentyabrın 2-dək Rusiyanın San Fransiskodakı Baş Konsulluğunu, Vaşinqton və Nyu York şəhərlərindəki konsulluq obyektlərini bağlamağı tələb edib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert.
“Rusların əsaslandığı paritet ruhuna uyğun olaraq biz Rusiya hökumətindən San Fransiskodakı konsulluğu, habelə Vaşinqton və Nyu York şəhərlərindəki konsulluq binalarını bağlamağı tələb edirik. Bu tələb sentyabrın 2-dək yerinə yetirilməlidir”, - deyə H.Nauert
Xatırladaq ki, ABŞ Konqresində qəbul olunan sanksiya qanunundan sonra Rusiya hökuməti ölkə ərazisindəki ABŞ diplomatik missiyalarının əməkdaşlarının sayını bu ölkədəki Rusiya diplomatik missiyalarının əməkdaşlarının sayına uyğunlaşdırıb - 455 nəfər. Nəticədə Rusiyadakı ABŞ missiyaları 755 nəfər ixtisara salınıb. Bundan başqa, Rusiya Moskva ətrafında ABŞ diplomatlarının istifadə etdiyi bağ evinə, eləcə də paytaxtdakı Dorojnaya küçəsində yerləşən anbarlara həbs qoyub.
ABŞ, öz növbəsində, Rusiya ərazisində qeyri-immiqrasiya vizalarının verilməsi prosedurunu qeyri-müəyyən müddətə dayandırıb.
1news.az