Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar keçirdiyi əmliyyatla bağlı məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, avqustun 30-da Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə keçirilən əməliyyat zamanı hərbi hissənin ətrafına, 4 evin həyatyanı sahəsinə, 1 evin zirzəmisinə, ferma ərazisinə, hərbi şəhərciyin məktəbinin meydançasına, otlaq və əkin sahəsinə baxış keçirilib.
Keçirilmiş baxışlar zamanı 131 ədəd partlamamış hərbi sursat, 29 kq yandırma və 29 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb, nəticə etibarilə 860 500 kv.m (ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 4 gün ərzində 11 ev, 16 evin həyatyanı sahəsinə, 3 ferma ərazisinə, 2 əkin sahəsinə, 2 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, 1 yol kənarına baxış keçirilib.
Keçirilmiş baxışlar zamanı 4 861 115 kv. m (486.11 ha) əraziyə yoxlanılıb, 250 ədəd partlamamış hərbi sursat, 349 kq yandırma və 293 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 1 271 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Babək Cahandarov