"Gözəl Azərbaycan" layihəsinin yeni fazası olaraq Huawei Technologies Azerbaycan LLC şirkəti partnyorları arasında "HUAWEI PARNERSHIP CUP 2017" adı altında həvəskar mini-futbol turnirini təşkil edir.
Turnir sentyabr ayının ikinci həftəsi başlayacaq və iki ay muddətində davam edəcək. Artıq 12 partnyor qurum qeydiyyatlarını müvəffəqiyyətlə tamamlayıb. Bunlar - Azercell MMC, Azerconnect MMC, AzərTAc Dövlət İnformasiya Agentliyi, Aztelekom MMC, Baktelekom MMC, Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Komunikasiya İdarəsi, Faber Construction, Norm MMC, Smartkom, Ultra MMC-dir.
Turnirin təqdimatı və püşkatma mərasimi 30 avqust 2017-ci il tarixində partnyorlar və media nümayəndələrinin iştirakı ilə baş tutub. Püşkatma mərasimi həmçinin "Facebook" sosial şəbəkəsində yaradılan Huawei Partnership Cup 2017 səhifəsində (page) canlı olaraq yayımlanıb.
Turnirin əsas məqsədi parntyorlar arası münasibətlərini inkişaf etdirərək daha üst səviyyəyə daşımaq, əməkdaşların bir araya gətirib bir-birini tanımağı fürsət yaratmaqdır.
Reklam hüququnda