Xəbərlər

Binəqədi və Abşeron rayonlarının bir hissəsində su təchizatı sistemlərinin yenidən qurulmasına 3,54 milyon manat ayrılıb
31 avqust, 2017 17:10

Prezident İlham Əliyev Bakı şəhəri Binəqədi rayonunun 28 May qəsəbəsində, Abşeron rayonunun Pirəkəşkül və Qobustan kəndlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Davamlı və yüksək iqtisadi artıma və sosial rifaha nail olunması Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının başlıca məqsədlərindəndir. Bu məqsədə nail olmaq üçün ölkədə vətəndaşların gündəlik rahat həyatını təmin edə bilən infrastrukturun yaradılması, o cümlədən əhaliyə keyfiyyətli kommunal xidmətlər göstərilməsi kimi başlıca fəaliyyət istiqamətlərində genişmiqyaslı işlər görülür.

Həmin tədbirlərin davamı olaraq, Bakı şəhəri Binəqədi rayonunun 28 May qəsəbəsində diametrləri 110-530 mm, uzunluğu 5,7 km olan paylayıcı su şəbəkəsinin, Abşeron rayonunun Pirəkəşkül kəndində diametri 225 mm, uzunluğu 4,3 km olan magistral su kəmərinin, diametrləri 110-160 mm, uzunluğu 5,7 km olan paylayıcı su şəbəkəsinin, Qobustan kəndində diametri 225 mm, uzunluğu 2,8 km olan magistral su kəmərinin və diametrləri 110-160 mm, uzunluğu 7,1 km olan paylayıcı su şəbəkəsinin tikilməsi zərurəti yaranmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhəri Binəqədi rayonunun 28 May qəsəbəsində, habelə Abşeron rayonunun Pirəkəşkül və Qobustan kəndlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,54 milyon (üç milyon beş yüz qırx min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

S.Xankişiyeva

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.