Xəbərlər

Səbaildə 8 minə yaxın ailəyə qurban payı veriləcək
31 avqust, 2017 16:30

Müsəlman dünyasının ən əziz bayramlarından olan Qurban Bayramı Azərbaycanda böyük təmtəraqla keçirilir. Bu zaman hər bir insan öz xeyirhaq əməlləri ilə ehtiyacı olan insanlara yardımlar edir, onlara kəsdikləri qurbanlardan pay göndərirlər. 

1news.az-ın məlumatına görə, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi olaraq əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi və rayonun qəsəbələri, yaşayış sahələrində imkansız ailələrə paylanması təşkil olunub. Bu qəbildən keçirilən tədbirlərdən biri rayonun Bayıl yaşayış sahəsində təşkil olunmuş mərasim olub. 

Səbail rayon rəhbərliyi, rayondakı ictimai təşkilat və birliklərin, din xadimlərinin, rayon sakinləri və burada məskunlaşmış məcburi köçkün ailələrinin, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanlar rayon rəhbərliyi adından müqəddəs Qurban Bayramı münasibəsi ilə təbrik edilib.

Tədbirdə ölkə başçısı İlham Əliyev tərəfindən xalqımızın milli-mənəvi dəyərlərlərinə olan diqqət və qayğısından, bu istiqamətdə ölkədə həyata keçirilən işlərdən danışılıb. Qeyd olunub ki, Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

Tədbirdə çıxış edən ictimai birliklərin, Veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Daha sonra tədbir rayonun Badamdar qəsəbəsində davam edib. Buradakı görüşə rayon rəhbərliyi ilə yanaşı rayonun din xadimləri, qəsəbə bələdiyyəsinin, ictimaiyyətinin, burada məskunlaşmış məcburi köçkünlərin nümayəndələri, qəsəbə ağsaqqalları, iş adamları, Badamdardakı hərbi hissənin şəxsi heyətinin üzvləri toplaşıb. Bayramsayağı bəzədilmiş həyətdə islam adət-ənənələrinə uyğun, din xadimlərinin iştirakı ilə qurbanlar kəsilərək paylanıb. Milli musiqi və aşıqları  ifası tədbiri daha rəngarəng edib. 

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinlərlə görüşüb, onları bayram münasibəti ilə təbrik edib, burada təşkil olunmuş çay süfrəsi ətrafında ağsaqqallar, veteranlar, ictimaiyyət nümayəndələrinə gələcəkdə rayonda və o cümlədən Badamdar qəsəbəsində nəzərdə tutulmuş sosial-iqtisadi inkişaf barədə məlumat verilib.

Qeyd olunub ki, Qurban Bayramı ilə əlaqədar 2 gün ərzində Səbail rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, müharibə veteranlarına, qaçqınlara, ərazidə yerləşən yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 8 minə yaxın ailəyə qurban payları təqdim ediləcək.

Qurban Bayramı ilə əlaqədar tədbirlər rayonun digər qəsəbə və yaşayış sahələrində, həmçinin “Bibiheybət ziyarətgah” məscidi və İçəri şəhərdəki “Cümə” məscidində də keçiriləcək.

Babək Cahandarov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.