ABŞ-da pilotsuz avtomobillərlə çatdırılma sınaqdan keçirilir
30 avqust, 2017 23:34
ABŞ-da pilotsuz avtomobillərlə çatdırılma xidməti sınaqdan keçirilir.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, eksperiment üçün Miçiqanda “Dominos” pizza şəbəkəsi seçilib.
2021-ci ildə pilotsuz avtomobillərin istehsalına başlamağı planlaşdıran Amerikanın “Ford” avtomobil istehsalçısı bu avtomobillərin çatdırılma sahəsində necə işləyəcəyini sınaqdan keçirmək qərarına gəlib.
Şirkətdən bildirilib ki, onlar nəinki texniki hissəsini yoxlamaq, həm də küçəyə çıxaraq sifariş etdiyi pizzanı boş avtomobildən götürəcək insanların reaksiyasını bilmək istəyirlər.
1news.az