Hicran Hüseynova Lerikdə vətəndaşlarla görüşəcək
30 avqust, 2017 22:02
Sentyabrın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Lerik rayonunda saat 10:00-da vətəndaşların qəbulunu keçirəcək.
1news.az-ın məlumatına görə, Lerik Mədəniyyət Evində keçiriləcək qəbulda Masallı, Cəlilabad, Lənkəran, Yardımlı, Astara, Lerik rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.
Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur.
Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Lerik rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.
1news.az