Meksika və Azərbaycan arasında 0mədəni əlaqələri intensivləşdirmək və möhkəmləndirmək məqsədilə Meksikanın ölkəmizdəki səfirliyi Heydər Əliyev Mərkəzi və meksikalı heykəltəraş Xorxe Marin ilə əməkdaşlıq əsasında “Varlığın canlanması” əsər toplusuna aid foto müsabiqəni elan edib.
1news.az-a səfirlikdən verilən məlumata görə, müsabiqə şərtlərinə görə, Heydər Əliyev Mərkəzində təqdim olunan Xorxe Marinin əsərlərindən biri ilə şəkildə azərbaycanlı olmaq və ya Azərbaycan ictimaiyyətinin bir hissəsi olmağın nə demək olmasını təsvir etmək lazımdır.
Foto sentyabrın 7-nə qədər [email protected] elektron ünvanına göndərilməlidir. 10 ən yaxşı şəkil seçilərək sentyabrın 8-də heykəltəraş Xorxe Marinin facebook səhifəsində yerşəldiriləcək. Həmin tarixdən sentyabrın 14-nə qədər iştirakçların ən çox “layk” toplamaq imkanı olacaq. Sonunda, üç ən çox bəyənilən şəkil mükafatlanacaq və qaliblərin adı sentyabrın 15-də Meksikanın Milli Günü mərasimi zamanı elan olunacaq.
Qeyd etmək lazımdır ki, görkəmli meksikalı heykəltəraş Xorxe Marinin “Varlığın canlanması” sərgisi 2016-ci ilin oktyabr ayında Heydər Əliyev Mərkəzində açılıb. Heydər Əliyev Mərkəzinin əzəmətli binası önündə quraşdırılmış məhşur “Qanadlar” Bakının heykəltəraşlıq panoramasında vurğulanan məkana çevrilib.
Meksikanın Azərbaycandakı səfirliyi publikanı adıçəkilən müsabiqədə iştirak etməyə və xalqlarımız arasında tanıtım və yaxınlaşmanın inkişafına töhfə verməyə, bununla da “Meskika və Azərbaycan – artıq daha yaxın” ifadəsini daha çox əminliklə ifadə etməyə dəvət edir.
P.Sultanova