Texasdakı qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb
30 avqust, 2017 09:10
Texasda tüğyan edən “Xarvi” qasırğasının qurbanlarının sayı 30 nəfərə çatıb.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, 13 mindən çox insan xilas edilib. Ölənlərin sayının artacağı istisna olunmur. Bəzi rayonlarda suyun rekord səviyyəsi qeydə alınıb.
ABŞ Prezidenti Donald Tramp təbii fəlakətin daha çox ziyan vurduğu Hyuston, Korpus-Kristi və Ostin şəhərlərinə baş çəkib. O, Texasa kömək göstərilməsi üçün Konqreslə birgə zəruri addımların atılacağını bildirib.
S.Xankişiyeva