Prezident Malayziyanın XV Ali Başçısını milli bayram münasibətilə təbrik edib
30 avqust, 2017 17:30
Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın XV Ali Başçısı Sultan V Məhəmmədə ölkəsinin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:
“Əlahəzrət,
Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Malayziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Malayziya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
S.Xankişiyeva