Meksika ilk dəfə olaraq Qəbələ şəhərində keçirilən Beynəlxalq Mürəbbə Festivalında iştirak edib.
1news.az-a səfirlikdən verilən məlumata görə, açılış mərasimi avqustun 26-da baş tutan və sayca beşinci olan bu tədbirdə Meksika səfirliyi tərəfindən ölkənin ənənəvi Meksika mürəbbələri təqdim olunub.
Festival təşkilatçıları, iştirakçıları və qonaqları Meksika pavilyonuna maraq göstərib, orada çili, manqo, ananas, portağal, nanə və digər mürəbbələri ilə yeni dadları kəşf ediblər.
Məlumdur ki, Meksika gündəlik həyatın bir parçası olan bir sıra məhsulların vətənidir, məsələn, vanil, şokolad, qəhvə və düyünün müəyyən növləri və s. Meksika mətbəxinin əsas tərkib elementlərindən biri çili bibəridir. Hər il Meksika 2 milyon ton çili bibəri istehsal edir ki, onun 700 min tonu ixrac olunur. Bu göstəricilərlə Meksika sözügedən məhsulun dünya səviyyəsində birinci ixracatçısına çevrilib.
Çili bibəri haqqında bəzi maraqlı faktlar:
Çoxlarının tərəvəz kimi tanıdığı çili bibəri əslində meyvədir.
Bu məhsulun istehlakı hələ ispanların gəlişi dövründən əvvəl başlayıb.
Bir çili bibərinin tərkibində portağalda olduğundan daha çox C vitamini var.
P.Sultanova