Polis əməkdaşları həyətində çətənə kolu yetişdirən şəxsləri saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə Qaratəpə kənd sakini Rauf Tağıyevin həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Bundan başqa Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Bərdə RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kürdborakı kənd sakini Taleh Hüseynovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu, habelə evindən 13 kiloqram 430 qram marixuana aşkar edilərək götürülüb.
Babək Cahandarov