Xəbərlər

Daha 12 dövlət əmlakı özəlləşdirilib
29 avqust, 2017 17:06

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən avqustun 29-da növbəti hərrac keçirilib.

ƏMDK-dan 1news.az-a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan biri kiçik dövlət müəssisəsi, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, biri isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən əmlakların hamısı Bakıda yerləşir.

Paytaxtda özəlləşdirilən kiçik dövlət müəssisəsi Suraxanı rayonunda yerləşən 55 saylı hamam olub. Bu əmlak torpaq sahəsi ilə birlikdə özəlləşdirilib. Həmin obyektin ümumi faydalı sahəsi 550 kvadratmetrə yaxın, torpaq sahəsi isə 1656 kvadratmetr təşkil edir. Özəlləşdirilən qeyri-yaşayış sahələrindən 5-i Yasamalda, 2-i Xətaidə digərləri isə müvafiq olaraq Nəsimi, Nizami və Suraxanı rayonlarında yerləşir.

Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Yasamal rayonunda yerləşən ümumi faydalı sahəsi 25,2 kvadratmetr olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 6 min manat olsa da, ən son 12 min manat təklif edilib. Bundan başqa eyni tendensiya Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsinin hərracında da müşahidə olunub. Belə ki, sahəsi 16,6 kvadratmetr əmlakın ilkin start qiyməti 2 min 500 manat olsa da, ən son təklif 4 min 600 manatadək yüksəlib. Hərracda qeyri-yaşayış sahələri içərisində ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda yerləşən əmlak olub. Həmin əmlakın ümumi faydalı sahəsi 20 kvadratmetr təşkil edir. Ən ucuz qiymətə özəlləşdirilən əmlak isə paytaxtın Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 17 kvadratmetrdir. Budəfəki hərrac da özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 10,7 kvadratmetr ilə 70 kvadratmetr arasında dəyişib.

Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Xətai rayonunda yerləşən sahəsi 11 kvadratmetrə yaxın olan qeyri-yaşayış obyektidir. Özəlləşdirilən nəqliyyat vasitəsi isə “Kamaz” markalı avtomobildir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r linkindən istifadə etmək kifayətdir.

Dövlət başçısı tərəfindən təsdiq edilmiş “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı da bu istiqamətdə görülən işlərin sferasının genişlənməsinə, dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın və məlumatlandırmanın təmin edilməsinə, həmçinin müvafiq prosedurların elektron üsulla gerçəkləşməsinə istiqamətlənib.

Hərracların açıq, şəffaf keçirilməsi və bu sahədə elektron üsulların tətbiqi özəlləşdirmə prosesinin sürətlənməsi, iqtisadiyyata investisiyalar cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, hərracların açıq və şəffaf keçirilməsi, iştirak etmək prosedurunun olduqca rahat olması, əmlak sahibi olmaq istəyən iş adamları, sadə vətəndaşlar, investorlar üçün geniş şərait yaradır. İstənilən şəxs, vətəndaş, sərmayəçilər, QHT, media nümayəndələri prosesin gedişatını canlı izləmək imkanına malikdir. Hərracların ictimai nəzarət və səmərəlilik prinsiplərinin təmin olunmaqla təşkil edilməsi prosesin şəffaflığını artırır. Yaradılan bu imkan hərracda iştirak etmək istəyənlərin işini rahatlaşdırır. Belə ki, əvvəlcədən hərrac barədə ətraflı məlumat toplamış şəxslər sonradan alıcı qismində iştirak edən zaman daha optimal qərar qəbul edə bilir.

Özəlləşdirilən müəssisələrə investorlar tərəfindən sərmayə yatırılaraq onların fəaliyyəti genişləndirilir. Özəlləşdirilən əmlaklar sonradan sahibləri üçün qazanc mənbəyinə çevrilə bilir. Bu isə qeyri-neft sektorunun inkişafına, investisiya mühitinin sağlamlaşdırılmasına, ölkəyə gələn valyutanın həcminin artmasına gətirib çıxarır. Eyni zamanda, özəlləşdirilən əmlakların paytaxtla yanaşı, regionlarda yerləşməsidə bölgələrdə yeni iş yerlərinin açılmasına şərait yaradır.

Hazırda sadə prosedura əsasən, hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də “facebook” sosial şəbəkəsindəki rəsmi səhifə və “privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Babək Cahandarov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.