Azərbaycanın və Ermənistanın dini liderləri Moskvada görüşəcək
28 avqust, 2017 12:22
Sentyabr ayında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qaregin arasında görüş olacaq.
1news.az “news.am”a istinadən xəbər verir ki, bu barədə Eçmiədzin kilsəsinin mətbuat katibi Vaqram Melikyan bildirib. Onun sözlərinə görə, görüşün sentyabrın 8-də Moskvada baş tutacağı gözlənilir.
Görüşü Moskva və bütün Rusiyanın patriarxı Kirill təşkil edir.
P.Sultanova