Makron Ərdoğandan jurnalisti azad etməsini istədi
28 avqust, 2017 12:02
Fransa prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.
1news.az “cnnturk”ə istinadla xəbər verir ki, Makron Türkiyədə həbs olunmuş fransalı jurnalist Loup Bureaunun sərbəst buraxılmasını istəyib.
İki lider müsbət nəticə əldə etmək üçün mövzunu nazirlər səviyyəsində davam etdirməyi qərara alıblar. Onlar, həmçinin Suriya böhranı, İraqdakı vəziyyət, Körfəz bölgəsindəki durumu və terrorla mübarizə məsələlərini müzakirə ediblər.
Türkiyə və Fransanın sentyabr ayında BMT Baş Assambleyasında xüsusi bir əlaqə qrupu yaradılması üçün birlikdə çalışacaqları ifadə edilib.
P.Sultanova