Xəbərlər

Birlik bəyanat yaydı: gələcəyimiz olan uşaqlara sahib çıxaq və qoruyaq
28 avqust, 2017 11:07

Son günlər yerli mediada uşaqların cinsi təcavüzə və zorakılığa məruz qalması xəbərləri cəmiyyəti narahat etməkdədir.

1news.az-ın məlumatına görə, “Sahibsiz Uşaqlara Kömək” İctimai Birliyi uşaqlara qarşı zorakılıq hallarının artması ilə bağlı bəyanat yayaraq hər kəsi gələcəyimiz olan uşaqlara sahib çıxmağa və onları qorumağa çağırıb.

“Balakəndə 12 yaşlı qızın da bu cür hadisə ilə qarşılaşması xəbəri diqqəti qız uşaqları və yeniyetmələrin zorakılıqdan müdafiə edilməsi və bu sahədə ciddi maarifləndirmə işlərinin artırılmasını zəruri edir. Muşahidələrimiz onu göstərir ki, son iki ayda mətbuat vasitəsilə belə hadisələrə daha çox rast gəlinir.

“Sahibsiz Uşaqlara Kömək” İctimai Birliyi olaraq, bu cür neqativ hadisələri kəskin şəkildə qınayır, dövlətin bu istiqamətdə ölçü götürəcəyinə inanırıq. Ümid edirik ki, təcavüz edən şəxslər öz layiqli cəzalarını alacaqlar. Həmçinin təşkilat olaraq təcavüzə məruz qalan uşaqların hüquqlarının müdafiə olunmasında da dəstək göstərməyə hazırıq. Gələcəyimiz olan uşaqlara sahib çıxaq və qoruyaq”- deyə, bəyanatda qeyd olunub.

Qeyd edək ki, Beynəlxalq Uşaq Təşkilatı olan UNİCEF-ın açıqlamasına görə, hər il dünyada 1 milyon 500 min uşaq zorakılığa məruz qalır.

Babək Cahandarov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.