Xəbərlər

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
28 avqust, 2017 21:31

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-40, Naxçıvan MR çaylarında isə 90 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, avqustun 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 79 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 102 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edib. 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 10,5 m3/s olmaqla, ongünlük normanın 15 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 27 m3/s təşkil edərək ongünlük normanın 39 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, avqustun 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2 sm, Salyanda 3 sm, Bankədə 4 sm, Araz çayının Novruzlu məntəqələrində 1 sm azalma, Surra məntəqəsində isə suyun səviyyəsində 3 sm artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 354 sm (2016-cı il avqustun 28-də 365 sm), Salyanda 143 sm (2016-cı il avqustun 28-də 144 sm), Bankədə 179 sm (2016-cı il avqustun 28-də 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 54 sm (2016-cı il avqustun 28-də 70 sm) təşkil edir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.