Xəbərlər

Xəzər rayonunda qaynını küt alətlə qətlə yetirən şəxs həbs edilib
28 avqust, 2017 18:42

Paytaxtın Xəzər rayonunda törədilmiş qətlin üstü daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində açılıb.

Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin 1news.az-a daxil olan birgə məlumatında bildirilir ki, cari il avqustun 13-də Bilgəh qəsəbə sakini Nəzakət Bayramova Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə müraciət edərək oğlu Amin Bayramovun itkin düşməsini - bir gün əvvəl yaşadığı evdən xəbərsiz çıxaraq geri qayıtmadığını bildirib.

Məlumatla əlaqədar həmin şəxs itkin düşmüş kimi polis tərəfindən axtarışa verilib. İlkin araşdırmalarla Amin Bayramovun həmin gün Binə qəsəbəsində yaşayan qohumu Seymur Abıyevin evinə getdiyi və məhz bu müəmmalı gedişdən sonra sonuncu şəxs barəsində hər hansı məlumatın olmadığı müəyyən edilib. Barəsində polis əməkdaşlarında yaranmış şübhəli məqamlara aydınlıq gətirilməsi məqsədilə Sabunçu rayon Polis İdarəsinə çağırılmış S.Abıyev izahatında qaynı Aminin onlara gəldiyini, şəxsi ehtiyaclarını ödəmək məqsədilə ona 90 manat məbləğində pul verdikdən sonra mənzili tərk etdiyini göstərib. Bundan iki gün sonra isə o, cinayətin izini itirmək məqsədilə həqiqiliyi şübhə doğuran növbəti izahat verib və bununla da A.Bayramovun itməsi faktı ilə birbaşa əlaqəsi olduğunu üzə çıxarıb.

Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşmüş hesab edilən A.Bayramovun avqustun 12-də Binə qəsəbəsində aralarında yaranmış münaqişə zəminində S.Abıyev tərəfindən küt alətlə qətlə yetirilərək həyətdə basdırıldığı müəyyənləşib.

Məlumatla əlaqədar polis və prokurorluğun əməkdaşları avqustun 25-də dərhal Binə qəsəbəsinə gələrək məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirib, meyit basdırıldığı yerdən çıxarılıb, maddi sübutlar götürülüb, şahidlər dindirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. S.Abıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.