Finlandiyanın Xamelina şəhərində Azərbaycanın tanınmış rəssamı, “Dostluq” Azəri-Fin Cəmiyyətinin fəal üzvü Çingiz Abbasovun rəsm sərgisi keçirilir.
1news.az xəbər verir ki, bu barədə məlumatı cəmiyyətin sədri Təranə Nəzərova verib.
Qeyd edək ki, Ç.Abbasov ABŞ, Avropa, o cümlədən Finlandiyada fəaliyyət göstərən bir sıra rəsm qalereyaları ilə əməkdaşlıq edir. Onun rəsmlərinə dünyanın bir çox şəxsi və korporativ kolleksiyalarında, həmçinin tanınmış alman kolleksioneri Reynhold Vürtun muzeyində, Finlandiya Prezidenti Sauli Niinistonun kolleksiyasında rast gəlmək olar.
Ç.Abbasovun yenicə tamamlanmış “Çovqan”adlı rəsm işləri Bakıda yeni açılmış Media Mərkəzində nümayiş olunub.
Bu yaxınlarda isə o I Dünya Müharibəsində iştirak etmiş əfsanəvi “Vəhşi Diviziya”nın qəhrəmanı Azərbaycan Süvari Alayına həsr etdiyi “üçlük” adlanan (триптих) böyük həcmli rəsm əsərini bitirib.
Babək Cahandarov