Xaçmazda velosipedçini maşın vurub
28 avqust, 2017 17:21
Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə avqustun 26-da saat 20:00 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Ləcət kənd sakini Etibar Məmmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən Şollar kənd sakini Ağadayı Cəbrayılovu vurub.
Velosipedçi xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölüb.
Faktla bağlı Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.
Babək Cahandarov

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı