Lavrov: "Suriyada növbəti de-eskalasiya zonasının yaradılmasına başlanılıb"
28 avqust, 2017 14:52
“Rəsmi Moskva ümid edir ki, yaxın gələcəkdə Astanada keçiriləcək Suriya üzrə danışıqların növbəti mərhələsində de-eskalasiya zonalarının yaradılması hüquqi olaraq təmin ediləcək”.
1news.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
O bildirib ki, artıq üç de-eskalasiya zonası(Suriyanın cənubunda Şərqi Qut və Homsda) yaradılıb və hazırda İdlibdə dördüncü zonanın yaradılmasına başlanılıb:
“Ən yaxın zamanda keçiriləcək "Astana formatı"nda növbəti görüşdə nəhayət bu razılaşmaların hüquqi cəhətdən təmin olunacağına ümid edirəm”.
P.Sultanova