Arvadı ilə qayınanasını döyən Gəncə sakini qonşusunun maşınını qaçırdı
28 avqust, 2017 13:55
Gəncə şəhərində ər arvadı ilə qayınanasını döydükdən sonra maşın qaçırıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, avqustun 26-da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Babayev evində münaqişə zəminində arvadı Zülaləni və qayınanası Mətanət Həsənovanı döyüb, habelə evinin qarşısında dayanmış – Tərtər rayon sakini Nizami Əliyevə məxsus “Ford” markalı avtomobilin ön hissəsini əzib, sonradan həmin nəqliyyat vasitəsini qaçıraraq Sadıllı qəsəbəsi ərazisində saxlayıb gedib.
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Babayev tutulub və onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.
Babək Cahandarov