Xəbərlər

Daha 101 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq
28 avqust, 2017 13:21

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.

Komitədən 1news.az-a verilən məlumata görə, bu hərraca ümumilikdə 101 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyət, 15-i kiçik dövlət müəssisə və obyekti, 50-si istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1759 linkindən əldə etmək mümkündür.

Hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və “facebook” səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan, həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq olar.

Əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci mərhələdə komitənin elektron xidmətlər portalı vasitəsilə sifariş verilir, ikincidə isə əmlakın satış qiymətinin 10 faizi məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir. Kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar paytaxtla yanaşı, Qazax, Şirvan, Ağstafada yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Qazaxda yerləşən “Elviz” kiçik dövlət müəssisəsi, Ağstafada olan Qazax Kənd Tikinti Birliyi kimi iri dövlət əmlakları var.

Torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Qazaxda yerləşən kiçik dövlət müəssisəsidir. 110 min manata təklif olunan müəssisənin torpaq sahəsi 6255 kvadratmetrdir. Bundan başqa, Mingəçevirdə yerləşən 138 saylı mağaza 55 min manata, Ağstafada olan Qazax Kənd Tikinti Birliyi 30 min manata hərraca çıxarılıb.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Sabunçu rayonunda yerləşən 67 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın torpaq sahəsi 300 kvadratmetrə yaxın, ümumi faydalı sahəsi isə 234 kvadratmetrdir. Bundan başqa, Yevlaxda yerləşən 7 saylı yeməkxana da sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur.

Özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 47-si paytaxtda, qalanları isə Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, bu əmlak 45 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 13 kvadratmetr ilə 123 kvadratmetr arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan paytaxtın Xətai rayonunda yerləşən, sahəsi 15 kvadratmetr olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 2700 manat təşkil edir. Həmçinin Gəncə şəhərində yerləşən sahəsi 50 kvadratmetr, ilkin start qiyməti 3 min manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.

Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətlər məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və sair sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Qax Taxıl”, “Ağdaş Quşçuluq”, “Salyan Aqrotexservis”, “Yevlax Yük Avtonəqliyyat”, “Salyan broyler”, “İsmayıllı Təmir Tikinti” kimi səhmdar cəmiyyətlər var. özəlləşməyə çıxarılan 11 nəqliyyat vasitəsinin qiyməti isə 500 manatla 9 min 500 manat arasında dəyişir. Özəlləşdirilən nəqliyyat vasitələrinin markaları da müxtəlifdir.

İstənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hərr kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Babək Cahandarov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.