Bakı-Quba avtomobil yolunda avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb
27 avqust, 2017 17:19
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş yanğınla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Bakı-Quba avtomobil yolunda nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, saat 16:00-dan etibarən artıq hər iki istiqamətdə nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
1news.az