Xəbərlər

Vergilər Nazirliyi işçi axtarır
26 avqust, 2017 21:07

Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edir.

1news.az-ın Nazirliyə istinadən verdiyi xəbərə görə, dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın tələblərinə müvafiq olaraq aparılır.

Müsabiqədə iştiraka yalnız aşağıdakı ixtisaslar üzrə ali təhsilə malik (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır), yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar buraxılırlar:

1. Hüquqşünaslıq;
2. Beynəlxalq hüquq;
3. Maliyyə;
4. İqtisadiyyat;
5. Statistika;
6. Beynəlxalq iqtisadi münasibətlər;
7. Mühasibat uçotu və audit;
8. Maliyyə və kredit;
9. İqtisadiyyatın tənzimlənməsi;
10. Əməyin iqtisadiyyatı və sosiologiyası;
11. İqtisadi kibernetika;
12. Qiymət və qiymətin əmələ gəlməsi;
13. Xəzinə əməliyyatlarının uçotu;
14. İqtisadi nəzəriyyə;
15. Vergilər və vergitutma;
16. Sığorta işinin təşkili;
17. Milli hesablar sistemi;
18. Qiymətləndirmə (sahələr üzrə);
19. Qiymətli kağızlar;
20. İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi (sahələr üzrə);
21. Aqrar istehsalatın iqtisadiyyatı və idarəedilməsi;
22. Ticarət və istehlak kooperasiyasının iqtisadiyyatı və idarəedilməsi;
23. Gömrük işinin təşkili;
24. İqtisadiyyatın hüquqi tənzimlənməsi;
25. Vergi işinin təşkili və idarə edilməsi;
26. Tətbiqi riyaziyyat;
27. İnformatika;
28. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi;
29. Maliyyə nəzarəti və audit.

MBA proqramı üzrə yuxarıda qeyd olunan ixtisaslardan fərqli ixtisaslar üzrə təhsil almış namizədlərin ixtisaslarının uyğunluğuna Komissiya tərəfindən baxılaraq qərar verilir.

Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 30.08.2017-ci il saat 10:00-dan 13.09.2017-ci il saat 24:00-dək həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar.

Daha ətraflı məlumatla Nazirlyin saytında tanış ola bilərsiniz.

Babək Cahandarov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.