Şəkidə fermadan 60 baş qoyun oğurlayan çoban tutuldu
26 avqust, 2017 20:19
Şəki rayonundakı fermalardan birində baş verən oğurluğun üstü açılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 17-də rayon ərazisindəki fermalardan birindən 60 baş qoyun oğurlamaqda şübhəli bilinən, orada çoban işləyən Vüqar İdrisov tutulub.
Babək Cahandarov