Bakıda liftdə köməksiz vəziyyətdə qalmış 4 azyaşlı xilas olunub
25 avqust, 2017 22:43
Bakıda liftdə köməksiz vəziyyətdə qalmış 4 azyaşlı xilas olunub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 4 azyaşlı liftdə köməksiz vəziyyətdə qalıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və azyaşlıların çıxmasına şərait yaradıblar.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı