ABŞ-da lotereyadan 758 milyon dollar udulub
25 avqust, 2017 09:09
ABŞ-ın Massaçusets ştatında tibb işçisi çalışan iki uşaq anası Mevis Uonçik “Powerball” lotereyasının 758 mln. dollar məbləğində rekord cek-potunu udub.
1news.az-ın Gazeta.ru -ya istinadla verdiyi xəbərə görə, 53 yaşlı Mevis Uonçik həyatda planlarını dəyişdiyini və artıq çalışdığı xəstəxananın rəhbərliyinə işə qayıtmaq istəmədiyini bildirib.
Məlumata görə, uduşu birdəfəlik götürmək niyyətində olan M.Uonçik vergilər tutulduqdan sonra 480 mln. dollar əldə edəcək.
S.Xankişiyeva