Almaniyanın Hamburq şəhərində keçiriləcək boks üzrə dünya çempionatının püşkü atılıb.
Azərbaycan Boks Federasiyasından 1news.az-a verilən məlumata görə, 75 ölkədən 243 idmançının qatılacağı mundialda Azərbaycan yığmasının üzvlərinin də ilk rəqibləri məlum olub.
Millimizin heyətində 1 boksçumuz 1/16, digərləri 1/8 finaldan yarışa qoşulacaqlar.
26 avqust
1/16 final. Məhəmmədrəsul Məcidov (+91 kq) – Kumar Satiş (Hindistan)
27 avqust
1/8 final. Lorenzo Sotomayor (64 kq) – Eslam Muhamed (Misir)/Nurlan Kobaşev (Qırğızıstan)
1/8 final. Kamran Şahsuvarlı (75 kq) – Maks Van der Pas (Hollandiya)/Lester Martines (Qvatemala)
28 avqust
1/8 final. Pərviz Bağırov (69 kq) – Damian Kivior (Polşa)/Tuvşinbat Byamba (Monqolustan)
Qeyd edək ki, yarışda avqustun 25-28-də ilkin döyüşlər baş tutacaq. Hamburq İdman Sarayında təşkil olunacaq çempionatda avqustun 29-da 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar.
Bu görüşlər avqustun 31-nə və sentyabrın 1-nə təsadüf edəcək. Yarışın son günündə – sentyabrın 2-də isə qaliblərin adları bilinəcək.
Babək Cahandarov