Mehman Əliyev barəsində həbs qətimkan tədbiri seçilib
25 avqust, 2017 17:14
Yasamal Rayon Məhkəməsində "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hakim Azər Tağıyev sədrlik etdiyi məhkəmə iclasında M. Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, M. Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.
Babək Cahandarov