Diplomatik qalmaqal: Macarıstan Niderlanddakı səfirini geri çağırdı
25 avqust, 2017 15:35
Macarıstan Niderlanddakı səfirini geri çağırıb.
1news.az-ın AzVision.az-a istinadla verdiyi xəbərə görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
Onun sözlərinə görə, Niderlandda diplomatik nümayəndəliyin səviyyəsi müvəqqəti işlər vəkilliyinədək azaldılıb.
“Bağlı qapılar arxasında verilən açıqlama bizi qane etmir. Macarıstana və macar xalqına münasibətdə irad tutmaq icazəsi heç kimə verilməyib”.
Qeyd edək ki, Niderlandın Macarıstandakı səfiri Qayus Şeltemin macar mətbuatına müsahibəsində Macarıstan hökumətini terrorçulara oxşadıb.
S.Xankişiyeva