Mübariz Qurbanlı Samuxda vətəndaşları qəbul edəcək
24 avqust, 2017 22:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 29-da Samux rayonunda vətəndaşları qəbul edəcək.
Komitənin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Samux rayon Heydər Əliyev Mərkəzində saat 10:00-da başlayacaq qəbulda Gəncə, Daşkəsən, Naftalan, Göygöl, Goranboy, Samux sakinləri, eləcə də bölgədə məskunlaşmış Xocalı və Kəlbəcər rayonlarından olan qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Asif Əliyev
Mob: (055) 851-89-87
Telefon: (022) 25 6-91-14
e-mail: [email protected]
1news.az