Dünyanın ən sürətli smartfonu məlum olub
24 avqust, 2017 19:57
Mobil qurğuların sürətinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuş populyar “AnTuTu” testinin tərtibatçıları ən yüksək bal toplamış smartfonların siyahısını dərc ediblər.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “AnTuTu” reytinqinin yaradıcılarının qiymətləndirməsinə görə, hazırda Çinin “OnePlus 5” (181 min bal) ən sürətli smartfon hesab edilir, “HTC U11” (180 min bal) ikinci yeri, “Samsung Galaxy S8+” (172,6 min bal), “Galaxy S8” (172,4 min bal) və “Xiaomi Mi6” (172,1 min bal) smartfonları isə müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerləri tutublar.
Ən məhsuldar smartfonların siyahısına, həmçinin “iPhone 7 Plus”, “Sony Xpreia XZ Premium”, “iPhone 7”, “OnePlus 3T” və “OnePlus 3” smartfonları daxil edilib.
1news.az