Xəbərlər

Məşhur rus şərhçi Azərbaycanı təhqir etdi: “Klubu qonşu ölkədən olan...”
24 avqust, 2017 16:58

Rusiyanın ən populyar futbol şərhçilərindən biri Vasili Utkin Dağlıq Qarabağı Ermənistan ərazisi sayaraq Azərbaycanı faktiki olaraq təhqir edib.

1news.az-ın milli.az-a istinadən verdiyi xəbərə görə, o, “Qarabağ” klubunun Çempionlar Liqasının qrup mərhələsinə çıxmasından sonra Tvitter-dəki profilində yazıb: “Ümumiyyətlə, Cənubi Qafqazda klubu qonşu ölkədən olan etnomimlə adlandırmaq təki xoş ənənələr var. Qarabağ, Ararat...”

“Qonşu” ölkələr dedikdə şərhçi, təbii ki, Ermənistan və Türkiyəni nəzərdə tutub. Yəni V.Utkinin xəstə məntiqinə görə, Azərbaycan “Qarabağ”, Türkiyə də “Ağrıdağ”ı “mənimsəyib”.

Rusiyanın Matç TV telekanalından qalmaqalla qovulmuş şərhçinin bu biabırçı və sarsaq tvitə cavab olaraq ona coğrafiyanı öyrənmək, dünyanın siyasi xəritəsinə bir daha baxmağı məsləhət görüblər. Habelə, onu da xatırladıblar ki, V.Utkin bir zamanlar “Bakılı oğlanlar” ŞHK-nın kapitanı, mərhum Anar Məmmədxanovun qonağı kimi Bakıda olmuşdu.

Vasili Utkin də həmişə A.Məmmədxanovu “qardaşım və dostum” adlandırırdı.

Bir qədər sonra V.Utkin daha bir tvit yazıb: “Dostlar, Qarabağ və Araratla bağlı tvitimə görə utanıram. “Toponim” əvəzinə “etnomim” yazmaqla böyük səhvə yol verdim”.

Babək Cahandarov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.