Xəbərlər

Orxan Fikrətoğlu: Sən demə, biz düşmənimizi hələ də tanımırıq...
23 avqust, 2017 12:52

Son günlər cəmiyyətdə zorakılıq halları artıb. Hər bir zorakılıq faktının ayrı-ayrılıqda təhlil edilməsi kriminalistlərin işidir.

Mənim işim bu sapmanın səbəblərini araşdırmaqdır. Əgər cəmiyyətin düzəni hər hansı bir səbəbdən pozulursa, bu sapmanın günahı birinci növbədə ideoloji yönəltmədədir. Cəmiyyət amorf kütlədir, düşünən beyni olan individ deyil. Ona doğru yolu göstərmək, yaxşı dəyərin yaxşı, pis dəyərin pis olduğunu hər gün demək lazımdır. Bu ağır yük mədəniyyət xadimlərinin, yazılı və elektron media işçilərinin çiynində olmalıydı.

Görünür ağır olduğu üçün sürüşüb düşüb. Əgər cəmiyyətdə zorakılıq halları artıbsa, deməli sadaladığım sahələrin peşakarlığı azalıb. İnsanların biri-birilərinə və hətta özlərinə belə düşmən gözü ilə baxmaması üçün onlara gerçək düşmənimizin kim olduğunu hər gün xatırlatmaq olmazmı?. Niyə olmur? Çox işlək “siyasi texnoloji” oyundur. Hirsi, nifrəti, sosial problemlərdən yaranmış gərginlıyi gerçək düşmənə doğru yönəldirsən, proses sönür. Yəni deyirsiniz bu çətin, müşkül belə asan həll olunacaq? Tələsməyin. Mən bu qədər sadəlövh deyiləm ki, Abışla, ABŞ-ı biri-birindən ayırmayam? Hətta sizə asan görünən bu işin sən demə bir “əmması” varmış.

Sən demə biz düşmənimizi hələ tanımırıq. Onun kim olduğunu bilsək də, tanımırıq! Cəfər Cabbarlıdan bu yana, Eldar Quliyevin, Yavər Rzayevin, Babək Şirinsifətin fimləri ilə bu gün də onlarla barışmaq istəyirik. Görəsən niyə? Axı məntiqlə onlar barışda daha çox maraqlı olmalıdır, biz yox. Barış o zaman effektli olur ki, tərəflərin hər ikisi bu barışda maraqlı olsun. Erməni layihəsi Ermənistandan idarə olunmur. Erməni barışmaq istəsə də barışa bilməz. Onda düşmənimiz kimdir? Bəlkə zorakılığın artmasının səbəblərindən biri “məğlubluq sindromudur”. Ola bilər. İstisna deyil. Sosial ədalət prizmasından da bu müşkülə baxmaq lazımdır. İnsan ədalətə təşnədir. Amma, mənə bu çözümdə maraqlı olan daha çox “düşmən” arxitipidir.

Turistlərlə, nargilə tüstülü küçələrlə, əyləncə və bəsit seriallarla dəyişdirilmiş beyninizi bircə dəqiqəlik işlədin. Düşməni sizə anlatmaq çətin olsa da, mən bunu edəcəyəm. Çünkü ziyalı “kor baltadır”. Kəsdi, kəsmədi ağacı vuracaq.  İstənilən xalqın tarixində və folklorunda “düşmən” arxitipi olur. “Düşmən” arxitipi toplumun formalaşmasında, özünü dərkində, yaşam dəyərlərinin oturuşmasında mühüm istinad nöqtəsidir. Düşmənini anlamış xalqın inkişaf mexanizmi düşmənini tanımayan xalqdan fərqlidir. Milli düşüncədə düşmən identifikasiyası milli identifikasiyadan uzaqda deyil. Düşmənin tanınması “milli eqoya” aid təfəkkür sərhədinin müəyyən olunmasından başlayır.

“Kitabi-Dədə Qorqud” dastanı belə “düşmən kimdir? sualına cavab vermir. Bu abidədə təsvir olunan düşmən obrazları bizə daha çox metoforik dastan obrazları kimi tanışdır. Toplum onları hiss etmir, tanımır. Biz heç zaman Qazan xanın savaş və ya barış arealında olmamışıq. Elat təfəkkürünün dövləti və milli davamı deyilik. Bir parçası olduğumuz İslam Türk tarixi də daha çox yaşadığımız coğrafiyada qurulmuş müxtəlif dövlətlərin, təkkə təfəkkürlü fərd və kitab adamlarının tarixidir. Biz bu tarixə sahib çıxmırıq. Coğrafiyamızda qurulan bir çox dövlətlərin ideoloji varisi olmadığımız üçün onlardan qalma düşmən anlayışını da özününküləşdirmirik. Araya girən istilalar və işğallar bizi o tarixdən və ən başlıcası özümüzdən çox uzaqlaşdırıb. Bu səbəbdən də biz kimik, hansı dövlətin ideoloji varisiyik, düşmənimiz kimdir sualları özünüdərk prosesində çox aktualdır.

Müstəqil dövlət qurmuşuq. Sərhədləri qoruyuruq. Müstəqiliyimizə, azadlğımıza təhdidlər var. İyirmi faiz torpağımız işğal altındadır. Bizim torpağımızı işğal etmiş düşmənə bir millət olaraq adekvat münasibətimiz varmı? Vəziyyətə və supergüclərin yaratdığı geosiyasi realıqlara uyğun olaraq yaşamaq olmaz. İstənilən millətin gələcəyini keçmişdən gəlib bu gündən kecən milli təfəkkürün buyurduğu sosial sifariş müəyyən edir. Düşməni tanıma bu günün sosial sifarişidir.

Mən “uşaq” olanda bir oyun vardı. Qaydalara görə kürəyimi oyundaşlarıma çevirib üzü divara tərəf durardım. Ovcumu geniş açıb əlimi kürəyimə söykəyərdim. Uşaqlardan biri əliylə ovcumun içinə vurardı. Mən əlimə dəyən bu əlin kimə aid olduğunu tapmalıydım. Uşaqların arasında bəstə boylu bir erməni də vardı. Hər dəfə çevrilib əlimə zərbə vuranı tapmağa çalışdıqda o, iri cüssəli dostlarımın arxasında gizlənərdi. Sonralar onun zərbələrini o biri zərbələrdən seçməyə başladım. Gücü olmasa da, ovcuma ən ağır zərbələri o vurardı. Çox vaxt da yumruğu əlimə deyil kürəyimə, belimə dəyərdi. Bir dəfə o, yenə ovcuma zərbə vurmağa hazırlaşdığı zaman qəfil geri çevrildim. O, erməninin gözlərindəki nifrəti bu gün də xatırlayıram. Yəqin o, da üzümdəki ifadəni  unutmayıb.

O, zaman xırda ermənini əlimdən güclə alıb xəstəxanaya çatdırdılar. Bir-iki gündən sonra isə həmin oğlanın ailəsi məhləmizdən köçdü. O gündən mən düşməni tanıdım. Və onu da  anladım ki, oyun oynayarkən belə düşmənə “arxa” çevirmək olmaz. O, vaxtdan dərs kimi xatırladığım bu örnək şəxsi rəmziliyimdə millətimi duruldacaq bir katarsis faktıdır. Biz iki əsrdir kürəyimizə vurulan zərbələrin kim tərəfindən vurulduğunu bilmirdik. Və birdən ilahi müdaxilə ilə geriyə çevrilib düşmənimizi gördük. Amma tanıdıqmı? Üçgünlük mübarək aprel savaşının postfəlsəfi tezisizlərini düşünərkən özüm üçün bir neçə həqiqət kəşf etdim. Azərbaycan ziyalıları xalqdan beş-altı addım geridəymiş.

Ziyalılar xalqı deyil, xalq ziyalıları bioloji müstəvidə yaşadırmış. Heç nə və heç kim unudulmayıb. Artıq sovet xofu, qulun ağaya olan fantom sevgisi yoxdur. İnsanlar düşündükləri, hiss etdikləri kimi yaşayırlar. Pafosdan, yalandan, məddahlıqdan uzaqdırlar. Bir qədər savadsız olmaları onları daha milli və saf edib. Düşmənimiz iri cüssəli dövlətlərin arxasında gizlənsə də, artıq gözlə görünüb. Düşmənimizin adı ERMƏNİ LAYİHƏSİDİR. Bu layihə Gülüstan və Türkmənçay müqavilələri zamanı düşünülsə də ondan Avropa və Amerika siyasi dairələri də yararlanır. Milli təfəkkürdə düşmənini ayırd etmə mexanizmi vacib taxçalardan biridir. Düşmənin müəyyən edilməsi, düşmən statusuna aid edilməsi, bir düşmənin bir ayrısı ilə əvəz edilməsi təfəkkürdə formalaşan evalusyon arealda baş verir. Bu fəza və onun bəlirlənmə çalarları əsrlərlə formalaşır.

Düşmən faktoru istənilən etnosun etno-kulturoloji dəyərlərini, onun “insaf” və “ədalət” kateqoriyalarını müəyyən edir. Düşməni anlamaqda, ona tərəf  yönəlmədə cəmiyyətin bütün təbəqələri yaxından iştirak edir. Bu iştirak həm də millətin düşmən süzgəcində özünü tanıması, ayırd etməsidir. Düşməni tanımada hakimiyyət və onun bütün elitalardakı agentlərilə bərabər liberallar, intelektuallar orta və hətta aşağı təbəqə belə iştirak edir. Düşmən milli gerçəkliyin inkişaf dinamikasını yaradır. Real zamanı və cəmiyyətdə mövcud olan adekvat təbəqələşməni bircə anda yox edir. Düşmən istənilən xalqı adı ətrafında birləşdirən mühüm substansiyadır. Ən kiçik cağırışa belə həssas olan bizim kimi emosional xalqlar üçün isə düşmən obrazı milli birliyə səbəb olan mühüm ideoloji vasitədir. Keçən əsrin  represiyaları “özünü anlama və tanıma” refleksini intellektual müstəvidən bioloji müstəviyə endirmişdi. “Düşmən tanımada” dini, milli, coğrafi və etno-psixoloji məqamların “miksində” azmışdıq. Dini qissələrdəki “antiqəhrəmanlar” bizə real düşməndən daha qəddar görünürdü. Bizi gözümüzün qarşısında öldürən “düşmənin” “düşmən” olduğuna inanmırdıq. “Düşmən onun arxasında durandır” düşünürdük. “Onlara da gücümüz çatmaz” deyirdik. “Vallah bu erməni də yazıqdır” - söyləyirdik.  Biri-birimizdən “Axı o bizdən nə istəyir?” - soruşurduq.

Düşmən səndən nə istəyəcək? Canını, torpağını. Çünkü düşmən ən əvvəl sənin qorxundur. Qaçsan arxanca gələcək. Üstünə getsən qorxub qaçacaq. Bəziləri hələ də erməniləri düşmən kimi görmür. Onları qonşu, kirvə, katibə və məşuqə kimi xatırlayır. Görünür ilahi müdaxiləyə də zaman lazımdır. Bu günün gənci azad yaşadığı üçün düşmənini tanıdı. Biz düşməni anladıqca, özümüzü də anlayacağıq. Özünü tanımanın ən çətin yolu, düşmənlə qabaq-qənşər olan zaman özünü hiss etmədir. Gücümüzdən qorxanlar bunu bizdən yaxşı bilir. Tanınmamış düşmən beynimizi, davranışımızı, dünyada mövcud olmamızı gərgin və amorf edib. Folklor “divlər” haçansa gözümüzə görünən qorxularımız idi. Bu divlərə qarşı artıq balaca “cırtdanları” deyil, real döyüşçü Mübariz İbrahimovları düşündük. Real dövlətin real tarixini nağılçılar deyil, əlində silah tutmuş real əsgərlər yaradır. Bir də real təfəkkürdən doğan adekvat ədəbi mətnlər...

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.