Hər gün mediadan suiqəsd, məişət zorakılığı, uşaqlara qarşı zorakılıq və uşaqdan imtina, boşanma, şərəf və ləyaqətin tapdanmasına görə qətllər, küçə heyvanları ilə bağlı problemlər, ətraf mühitin çirklənməsi/vurulan ziyan və digər bu kimi ciddi sosial problemlərlə bağlı xəbərlər oxunulur.
Cəmiyyət olaraq bu problemlərin yeni həll yolları tapılmalıdır. UAFA təşkilatı tərəfindən yeni proqram hazırlanıb.
Bu proqramın məqsədi - həssas təbəqədən olan insanların sosial ehtiyaclarının qarşılanması yönümündə çalışan QHT/xidmət təminatçılarını bir araya gətirərək, onların birlikdə inkişaf etməsi və missiyalarını uğurla həyata keçirmələri üçün əlaqəli fəaliyyət göstərilməsidir.
UAFA təşkilatı səhiyyə, təhsil, sosial rifah, hüquqların müdafiəsi, yuvenal ədliyyə, uşaq müdafiəsi, ətraf mühit, işsizlik, sosial inklüziya, əlillik, gender sahələri üzrə əhaliyə birbaşa xidmət göstərən QHT və digər Vətəndaş Cəmiyyəti Təşkilatlarından müraciətlər gözləyir.
Yeni proqramda UAFA ilə şəffaf və hesabatlı tərəfdaş kimi işləməyə hazır olan 5-8 təşkilat seçiləcək. Vətəndaş cəmiyyəti təşkilatlarının davamlı fəaliyyəti üçün yeni yanaşma modeli yaradılması nəzərdə tuturlur.
Seçilmiş təşkilatlara aşağıdakı sahələr üzrə təlimlər keçiriləcək:
• Maliyyə hesabatlılığı
• Xidmət təminatının etika və standartları
• Xidmət təminatının monitorinq və qiymətləndirilməsi
• Müvəkkillik və sosial siyasətin inkişafı
Növbəti mərhələdə isə UAFA bu təşkilatların təlimlərdə əldə olunmuş bilikləri təcrübədə tətbiq etməsində mütəmadi praktiki dəstək verəcəkdir (mentorluq).
UAFA seçilmiş təşkilatların potensial maliyyə təminatına, ictimai nüfuzunun daha da möhkəmlənməsinə və siyasətin formalaşdırılması sahəsində müvəkkillik fəaliyyətlərinə dəstək verəcək.
Təşkilatlar aşağıdakı kriteriyalara cavab verməlidirlər və seçim zamanı bu kriteriyalara uyğunluq ciddi nəzərə alınacaq:
• Sosial müdafiə səhəsində fəaliyyət
• Siyasi cəhətdən neytral
• Şəffaf maliyyə idarəetməsi
• Həssas təbəqə qruplarına göstərilən xidmətləri əks etdirən məlumat bazası
• Fəaliyyət göstərdiyi sahəyə aid siyasət barədə məlumatlı olmaq
• Fəaliyyət göstərdiyi sahədəki siyasət məsələlərində yazılar və müvəkkillik işi nümunələri
• Fəaliyyət göstərdiyi sahədə digərləri ilə əməkdaşlıq göstəriciləri
Sadalanan kriteriyalara uyğun təskilatlar və bu proqramdakı iştirak gələcəkdə vətəndaş cəmiyyətinə müsbət dəyişikliklər gətirəcəyini düşünənlər [email protected]-a müraciət etmələri xahiş olunur.
Son müraciət tarixi: 08 sentyabr 2017-ci ildir.